İtaliyalı velosipedçi Conatan Milan dünya rekordunu yeniləyib
İtaliyalı velosipedçi Conatan Milan Çinin Şanxay şəhərində keçirilən trek üzrə dünya çempionatında fərdi yarışda dünya rekordunu yeniləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı idmançı 4 km məsafəni 3 dəqiqə 58,850 saniyəyə qət edib.
Beləliklə, idmançı 2024-cü ildəki şəxsi göstəricisini (3 dəqiqə 59,153 saniyə) 0,303 saniyə yaxşılaşdırıb.
Qeyd edək ki, C.Milan komanda yarışında olimpiya çempionudur. Velosipedçi həmçinin dünya çempionatlarında (2021, 2024) iki qızıl medal qazanıb.
11:16 16.10.2026
Oxunuş sayı: 54