ABŞ-də məktəbə silahlı hücum: Üç uşaq və müəllim öldürülüb
ABŞ-nin Oreqon ştatının Bend şəhərində ibtidai məktəbə silahlı hücum nəticəsində üç uşaq və bir müəllim həlak olub, daha iki nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Oregon Public Broadcasting” və ABŞ mediası hadisə barədə məlumat yayıb.
Məlumata görə, 16 yaşlı yeniyetmə məktəbdə atəş açıb. Həlak olan uşaqların 5, 8 və 11 yaşlarında olduğu bildirilir.
Atışma zamanı 7 yaşlı uşaq və 54 yaşlı müəllim ağır yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerində olan yerli sakin hücumçunu təqib edərək güllələyib. Yeniyetmənin də hadisə zamanı öldüyü bildirilir.
Hadisə Bend şəhərindəki Silver Rail ibtidai məktəbində baş verib. Hücumun səbəbi və yeniyetmənin məktəblə əlaqəsinin olub-olmaması barədə ətraflı məlumat açıqlanmayıb.
11:13 16.10.2026
Oxunuş sayı: 138