Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 823,048 milyon manat sığorta haqqı toplanılıb.
Crossmedia.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 576,274 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 28,4 % çoxdur.
Beləliklə, 7 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 70 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 62,6 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.
14:32 29.08.2026
Oxunuş sayı: 43