Rusiya Kiyev yaxınlığında “Flamingo” raketlərinin anbarını vurduğunu açıqladı
Rusiya Müdafiə Nazirliyi Kiyev və Kiyev vilayətində “Flamingo” qanadlı raketlərinin komponentlərinin saxlanıldığı anbarlara zərbələr endirildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, cümə günü axşam və şənbə gecəsi Kiyev və Kiyev vilayətindəki logistika mərkəzlərinə pilotsuz uçuş aparatları və havadan buraxılan yüksək dəqiqlikli silahlarla zərbələr endirilib.
Rusiya Müdafiə Nazirliyi iddia edib ki, zərbələr nəticəsində Kiyev vilayətinin Çayki yaşayış məntəqəsində yerləşən “Fim Servis” nəqliyyat-logistika mərkəzi vurulub.
Bildirilib ki, mərkəzin anbar sahələrindən uzaqmənzilli “Flamingo” qanadlı raketlərinin komponentlərinin saxlanılması üçün istifadə olunub.
13:59 29.08.2026
Oxunuş sayı: 51