Cahangir Məmmədli: Mətbuat Şurası Heydər Əliyevin əsəridir
Mətbuat Şurasını Ümummilli Lider Heydər Əliyevin əsəridir. Bu, onun göstərişi ilə yaranmış bir ictimai təşkilatdır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Jurnalistlərinin IX qurultayında çıxışı zamanı professor Cahangir Məmmədli deyib.
O, qeyd edib ki, Əflatun Amaşov Mətbuat Şurasından gedəndə Prezidentimiz ona orden təqdim etdi. Bax, elə iclasın gedişində ona Prezidentin ordeni təqdim olundu. Bunun səbəbi nə idi? O idi ki, Əflatun müəllimin fəaliyyət göstərdiyi dövrdə Mətbuat Şurası inkişaf etmiş, yüksək səviyyəyə çatmış və jurnalistlərə kömək göstərmişdi. Ondan sonra Rəşad Məcid gədi. Rəşad Məcid çoxşaxəli fəaliyyəti ilə seçilir. Akademik İsa Həbibbəylinin Rəşad müəllim haqqında bir kitabı var - "Bütün yönləri ilə yaradıcı". Rəşad Məcid həm yazıçıların yanında, həm də jurnalistlərin yanında yüksək səviyyədə nüfuza malikdir.
Mətbuat Şurası həmişə təmiz işləyib, jurnalistləri də təmizliyə dəvət edir. Orada xüsusi bir təşkilat var. Jurnalistlərin etik normalara riayət etməsi üçün fəaliyyət göstərir. Harada Mətbuat Şurası varsa, orada bizim təmiz media mühitimiz də var.
Bu gün Prezidentimiz media arxitekturasını yaratdı, sonra da media arxitekturasını bütövlükdə Media və Yayım Şurası ilə birlikdə formalaşdıraraq, müasir media sistemində rəhbər orqan kimi ortaya qoydu. Onların da fəaliyyətində çox məqamlar var. Həmin arxitekturamızın əhəmiyyəti böyükdür.
11:09 16.10.2026
Oxunuş sayı: 55