İraq və Oman ABŞ-nin İrana sanksiyalarını müzakirə etdi
İraq və Oman xarici işlər nazirləri ABŞ-nin İrana qarşı yeni sanksiyalarının mümkün nəticələrini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
İraqın xarici işlər naziri Fuad Hüseyn və Omanın xarici işlər naziri Bədr əl-Busaidi telefon danışığı zamanı ABŞ-nin İrana qarşı təklif etdiyi yeni məhdudiyyətləri və onların regiona mümkün təsirlərini nəzərdən keçiriblər.
Nazirlər ABŞ-nin İranla iqtisadi və maliyyə əməliyyatlarını məhdudlaşdırmağa yönəlmiş tədbirlərini, həmçinin regionda baş verən son prosesləri müzakirə ediblər.
Tərəflər Tehranda Oman və İran nümayəndə heyətləri arasında keçirilən danışıqların nəticələrinə də toxunublar.
Fuad Hüseyn həmkarından Oman-İran danışıqlarının nəticələri, xüsusilə Hörmüz boğazındakı vəziyyətlə bağlı əldə olunan razılaşmalar barədə məlumat alıb.
12:39 29.08.2026
Oxunuş sayı: 52