Albaniyada tələbələr ayağa qalxdı: Təhsil Nazirliyinin binası yandırıldı
Albaniyanın paytaxtı Tiranada təhsil haqlarının yüksək olması, maliyyə çatışmazlığı və gənclər arasında işsizliyə etiraz edən tələbələrin aksiyası iğtişaşlarla nəticələnib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılarla polis arasında toqquşmalar baş verib.
Məlumata görə, nümayişçilər Təhsil Nazirliyinin binasına daş və yandırıcı qarışıqlı şüşələr atıblar. Bundan sonra binanın birinci mərtəbəsində yanğın başlayıb. Baş nazirin ofisinin qarşısında da etirazçılar “Molotov kokteylləri”ndən istifadə ediblər.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisələr zamanı altı polis əməkdaşı və bir qadın jurnalist xəsarət alıb. Aksiya ilə əlaqədar 23 nəfər saxlanılıb.
22:51 14.10.2026
Oxunuş sayı: 57