Bank of America 1,2 milyard dollar cərimələndi
ABŞ hakimiyyəti çirkli pulların yuyulmasına qarşı mübarizədəki nöqsanlara görə “Bank of America”ya 1,2 milyard dollar məbləğində cərimə tətbiq edib.
Crossmedia.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bank Çinlə əlaqəli çirkli pul yuma şəbəkələrinin və sərhədlərarası qanunsuz maliyyə əməliyyatlarının qarşısını almaq üçün lazımi tədbirlər görməyib.
Qərarın bankın maliyyə əməliyyatlarına nəzarət mexanizmlərindəki çatışmazlıqlarla bağlı olduğu bildirilir.
22:03 14.10.2026
Oxunuş sayı: 60