Papa XIV Leonun ağciyər xərçəngi əməliyyatından sonra vəziyyəti normaldır
Roma Papası XIV Leonun ağciyər xərçəngi ilə bağlı əməliyyatdan sonrakı bərpa prosesi gözlənildiyi kimi davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
71 yaşlı pontifik çərşənbə axşamı Romadakı Gemelli xəstəxanasında sağ ağciyərinin aşağı payının çıxarılması əməliyyatı keçirib. Həkimlər müayinə zamanı ağciyərdə lokal düyün aşkarladıqdan sonra cərrahi müdaxiləyə qərar veriblər. Əməliyyat zamanı götürülən toxumanın müayinəsi nəticəsində ağciyər adenokarsinoması diaqnozu təsdiqlənib.
Vatikanın məlumatına görə, təxminən 90 dəqiqə davam edən əməliyyat uğurla başa çatıb və heç bir fəsad qeydə alınmayıb.
Çərşənbə günü Papa XIV Leonun planlaşdırılmış qan analizləri və döş qəfəsinin rentgen müayinəsi aparılıb. Nəticələrin gözlənilən göstəricilər daxilində olduğu bildirilib. Papa, həmçinin tənəffüs fizioterapiyasını davam etdirib, palatada gəzməyə başlayıb və adi qidalanma rejiminə qayıdaraq səhər və nahar yeməklərini yeyib.
Vatikan daha əvvəl pontifikin xəstəxanada gecəni sakit keçirdiyini açıqlamışdı. Onun təxminən bir həftə xəstəxanada qalacağı gözlənilir.
01:23 15.10.2026
Oxunuş sayı: 55