İslandiyada Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcək
İslandiyada Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpa olunması məsələsi üzrə referendum keçiriləcək.
Crossmedia.az xəbər verir ki, “Maskina” şirkətinin keçirdiyi sorğuya əsasən, bu barədə məlumat yayılıb.
İslandiya 2009-cu ilin iyulunda Avropa İttifaqına üzvlük üçün müraciət edib. Lakin 2013-cü ildə proses dayandırılıb, 2015-ci ildə isə ölkə hakimiyyəti İslandiyanın Aİ-yə namizəd ölkə kimi qəbul edilməməsini rəsmi şəkildə istəyib.
“Maskina” şirkətinin sorğusuna görə, vətəndaşların 51,3 faizi Brüssellə dialoqun bərpa olunmasını dəstəkləyir, 48,7 faizi isə bunun əleyhinədir.
İslandiya Xarici İşlər Nazirliyinin memorandumuna əsasən, referendumun müsbət nəticələnəcəyi təqdirdə məsləhətləşmələr 2026-cı ilin sonunadək başlaya bilər. Danışıqların 18-24 ay davam edəcəyi gözlənilir.
12:25 29.08.2026
Oxunuş sayı: 57