İsveç Rusiyaya qarşı sərhəddə Finlandiyaya hərbi qüvvə göndərir
Isveç hökuməti Rusiya ilə sərhədin birgə patrul edilməsi üçün Finlandiyaya hərbi bölmələr göndərmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, İsveç Silahlı Qüvvələri bu barədə məlumat yayıb.
Qərar Finlandiyanın NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində İsveçdən hərbi dəstək istəməsindən sonra qəbul edilib.
İsveç Silahlı Qüvvələrinin məlumatına görə, hərbi bölmələr payız aylarında Finlandiyanın ərazi müdafiəsinin gücləndirilməsinə, xüsusilə pilotsuz uçuş aparatlarına qarşı mübarizəyə cəlb olunacaq.
13:51 29.08.2026
Oxunuş sayı: 51