Hörmüz boğazı yaxınlığında iki yük gəmisi batıb
Hörmüz boğazı yaxınlığında Birləşmiş Ərəb Əmirliklərinə məxsus iki yük gəmisi batıb.
Crossmedia.az bu barədə “The Wall Street Journal”-na istinadən xəbər verir ki, hadisə İranın hücumlarının kəskin artdığı bir vaxtda baş verib.
Məlumata əsasən, oktyabrın əvvəlindən bəri təxminən 24 gəmi hücuma məruz qalıb. Bu göstərici sentyabr ayı üzrə qeydə alınan ümumi sayı ötüb.
Hücumların artması Hörmüz boğazı ətrafında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib.
20:47 14.10.2026
Oxunuş sayı: 53