Gürcüstan müxalifətinin nümayəndəsi Türkiyə hava limanında saxlanılıb
Gürcüstan müxalifətinin nümayəndəsi Zurab Caparidze Türkiyə hava limanında saxlanılıb və Gürcüstana geri göndəriləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Liberal və Demokratlar Alyansı məlumat yayıb.
Alyansın açıqlamasına görə, Caparidzenin pasportu və baqajı müsadirə edilib, özü isə kameraya yerləşdirilib. O, Brüsseldə Renew Europe liderlərinin sammitində iştirak etmək üçün tranzitlə səfər edirmiş.
Zurab Caparidze sosial şəbəkədə paylaşımında ona 2025-ci ilin noyabrından Türkiyəyə girişin qadağan edildiyinin bildirildiyini yazıb. Onun sözlərinə görə, Türkiyə tərəfi bu barədə məlumatı Gürcüstanın rəsmi qurumlarından alıb.
Müxalifətçi səhər saatlarında Tbilisiyə geri göndəriləcəyini qeyd edib.
20:15 14.10.2026
Oxunuş sayı: 164