Meloni Rusiya dizel yanacağı ilə bağlı razılaşmaya qarşı çıxıb
İtaliyanın Baş naziri Corcia Meloni Rusiya dizel yanacağı ilə bağlı razılaşmaya qarşı çıxaraq, bunun Moskvanın mövqeyini legitimləşdirə, müharibənin maliyyələşməsinə və sanksiyaların zəifləməsinə səbəb ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Meloni bu barədə açıqlamasında danışıb.
Baş nazirin sözlərinə görə, Rusiya bombalarının Ukrayna şəhərlərinə düşməkdə davam etdiyi bir vaxtda Moskva ilə belə bir razılaşmanın əldə olunması ciddi suallar doğurur.
Meloni qeyd edib ki, bu addım ABŞ də daxil olmaqla Qərb ölkələrinin indiyədək Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına gətirmək üçün atdığı addımlarla ziddiyyət təşkil edir.
“Ukraynaya dəstək sülhə alternativ deyil. Məhz bu dəstək sülhü mümkün edir”, – deyə İtaliya hökumətinin başçısı vurğulayıb.
Onun fikrincə, təcavüzkar tərəf qarşı tərəfi kapitulyasiyaya məcbur edə bilirsə, danışıqlara ehtiyac duymaya bilər. Meloni bildirib ki, Ukrayna sabah müdafiəni dayandırsa belə, bu, sülhün əldə olunması demək olmayacaq.
Baş nazirin sözlərinə görə, belə olan halda Avropa ölkəsinin işğalı və Avropanın yarım əsr ərzində üzləşdiyi sovet tipli imperiya siyasətinin yenidən qayıtması müzakirə mövzusuna çevriləcək.
20:10 14.10.2026
Oxunuş sayı: 145