Nazir müavini: Kino Agentliyinin hesabındakı 4,5 milyon manat davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib
Kino sənayesindəki canlanma ilə 1570 müvəqqəti iş yeri yaradıb, 2026-cı il üçün planlaşdırılan layihələr isə əlavə 800 iş yeri formalaşdıracaq.
Crossmedia.az xəbər verir ki, bu sözləri bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan kino sənayesində iki illik inkişaf dinamikasının qorunması prioritet məsələdir.
"Yayım, beynəlxalq əməkdaşlıq və tanıtım istiqamətində 2025-ci ildən filmlərin yayım hüquqlarının satışına başlanılıb. Yerli telekanallarla imzalanan ilk yayım paketi 11 film üzrə 100 min manat dəyərindədir. Azərbaycan filmləri artıq Kann və Venesiya kimi nüfuzlu festivallarda nümayiş olunur".
Nazir müavini qeyd edib ki, ARKA beynəlxalq əməkdaşlıq çərçivəsində 7 memorandum imzalayıb və hər il 6 beynəlxalq film festivalına dəstək verir.
"İnfrastruktur və idarəetmə ARKA hazırda dövlət kino müəssisələrinin mərkəzləşdirilmiş idarəetməsini həyata keçirir, rəqəmsal idarəetmə modelləri tətbiq edir və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının müasir kino sənaye parkına çevrilməsi istiqamətində işləri davam etdirir".
Fərid Cəfərov bildirib ki, Hazırda ARKA-nın hesabında qalan 4,5 milyon manat yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib. Bu səbəbdən, dövlət dəstəyinin davamlılığı kino sənayesinin sabit inkişafı üçün həlledici əhəmiyyət daşıyır".
18:42 12.11.2025
Oxunuş sayı: 1532