Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, iclasda ASK-ın vitse-prezidenti Vüqar Zeynalov əmək qanunvericiliyinin təkmilləşdirilməsi, Beynəlxalq Əmək Təşkilatı (BƏT) Konvensiyalarının ratifikasiyası prosesində Üçtərəfli Komissiya tərəfindən aparılan səmərəli müzakirələrin əhəmiyyətini vurğulayıb.
Komissiya tərəfindən İş planı əsasında görülmüş işlər qeyd edilib. Hazırkı iclasın gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.
İclasda Nazirlər Kabineti, AHİK və ASK arasında 2026-2028-ci illər üçün bağlanacaq Baş Kollektiv Saziş layihəsi nəzərdən keçirilib.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində son illər aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb. Habelə qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən məqsədyönlü işlərdən, sosial sığorta sistemində həyata keçirilən islahatlardan bəhs olunub. BƏT-in müvafiq Konvensiyasına uyğun olaraq kollektiv sazişlərin tərəfləri ilə bağlı məsələlər müzakirə olunub.
19:03 04.11.2025
Oxunuş sayı: 1072