Beynəlxalq səyyahlar Laçında qalereyanı ziyarət ediblər- Yenilənib

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə oktyabrın 22-də 8 ölkədən olan dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, səyyahlar əvvəlcə Ağdamda Cümə məscidini ziyarət edib və Çörək Muzeyinin dağıntılarına baxıblar. Daha sonra Xankəndidə Qarabağ Universitetində görüş keçirilib. Onlara universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verilib.
Laçına gələn qonaqlar şəhərin mərkəzini gəzib, Yurd Qalereyası və “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Burada şəhərin tarixi, mədəni irsi, sənətkarlıq ənənələri və müasir infrastruktur imkanları təqdim olunub.
Qeyd edək ki, heyət 2 gün ərzində Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli marşrutu üzrə səfər etməyi planlaşdırır.
17:36
Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Laçındakı qalereyanı ziyarət edib.
Crossmedia.az xəbər verir ki, qonaqlara ölkənin zəngin mədəni irsini əks etdirən Azərbaycan xalçaçılığı, rəssamlıq, keramika və digər dekorativ-tətbiqi sənət növlərinə aid nümunələr təqdim olunub.
Xatırladaq ki, "Extreme Travelers International Congress" (ETIC) klubunun səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət edəcəklər.(Report)
19:40 22.10.2025
Oxunuş sayı: 1417