Beyləqandakı qəzada xəsarət alan ANAMA-nın digər əməkdaşı da xəstəxanada ölüb

Beyləqanda baş verən avtomobil qəzasında xəsarət alan ANAMA-nın əməkdaşı olan iki qardaşın digəri də xəstəxanada ölüb.
Crossmedia.az xəbər verir ki, oktyabrın 13-də Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən avtomobil qəzasında ağır xəsarət alan üç nəfərdən biri - 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu Bakıda müalicə aldığı xəstəxanada həyatını itirib.
Qeyd edək ki, sözügedən qəza nəticəsində xəsarət alan Ü.Həşimovun qardaşı, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov hadisədən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.(Report)
19:30 17.10.2025
Oxunuş sayı: 1385