Laricanidən İslam ölkələrinə çağırış: «Birgə Əməliyyat Qərargahı» yaradın

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında paylaşım edərək İslam ölkələrinə müraciət edib. O, nəticəsiz bəyanatlarla müşayiət olunan toplantıların, “sionist rejimin” maraqlarına xidmət etdiyi iddiasını irəli sürüb.
Crossmedia.az-ın məlumatına görə, Laricani vurğulayıb ki, İsrailin hücumlarının qarşısını almaq üçün İslam ölkələri “birgə əməliyyat qərargahı” yaratmalıdır:
“Ən azı «sionist rejimin» çılğınlıqlarına qarşı ortaq əməliyyat qərargahı təsis edin. Bu addım onların ağasını o qədər narahat edəcək ki, panikaya düşəcək”, – deyə, o, qeyd edib.
15:51 13.09.2025
Oxunuş sayı: 757