Alyaska sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib
ABŞ-nin Alyaska ştatının sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) bu barədə məlumat yayıb.
İlk yeraltı təkanlar UTC ilə saat 14:19-da qeydə alınıb. Zəlzələnin episentri Nikolski yaşayış məntəqəsindən 167 kilometr qərbdə yerləşib.
Zəlzələnin ocağı 83 kilometr dərinlikdə olub. Hadisə nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, avqustun 3-də Baykal gölünün cənub hissəsində 3,4 maqnitudalı zəlzələ baş verib. Həmin zəlzələnin episentri Anqara çayından 34 kilometr, Tankxoy dəmir yolu stansiyasından isə 7 kilometr məsafədə yerləşib və dağıntı qeydə alınmayıb.
Həmin gün Kamçatka sahillərində də 4,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı 22,7 kilometr dərinlikdə yerləşib.
19:07 17.09.2026
Oxunuş sayı: 42