ABŞ: İran nüvə razılaşmasından yayınsa, məsuliyyət daşıyacaq

ABŞ Dövlət Departamenti İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əldə olunan son razılaşmaya ehtiyatla yanaşdığını bildirib.
Crossmedia.az xəbər verir ki, departamentin sözçüsü Temmi Bryus açıqlamasında deyib ki, Vaşinqton Tehran və AEBA arasında əldə olunan razılaşmanın detalları barədə aydınlıq gözləyir:
“İranın nüvə silahı yaratmaq ambisiyasından əl çəkməsi və uranın zənginləşdirilməsini dayandırması çərçivəsində razılığın əldə olunması vacibdir. Bu, İran xalqına, bölgəyə və dünyaya fayda verəcək”.
Rəsmi əlavə edib ki, əgər Tehran bu istiqamətdə razılığa gəlməsə, ABŞ onu öz addımlarına görə məsuliyyətə cəlb edəcək.
15:40 13.09.2025
Oxunuş sayı: 819