Suriya prezidenti: İranla əlaqələrin qırılması qalıcı olmamalıdır

Suriya prezidenti Əhməd əş-Şara televiziyaya müsahibəsində İsrailin Suriyanı İranla döyüş meydanına çevirmək niyyətində olduğunu qeyd edib.
Crossmedia.az xəbər verir ki, o,ölkəsinin dünya ilə əlaqələrinin gələcəyi, həmçinin Suriyanın suverenliyinə və ölkənin iradə müstəqilliyinə hörmət əsasında Misir və Rusiya kimi ölkələrlə əlaqələrin yaxşılaşdırılması, həmçinin Dəməşq və Tehran arasında münasibətlərin qurulması imkanlarından danışıb.
"İrana münasibətdə Tehranla Dəməşqin əlaqələri bir qədər pboblemlidir və biz demirik ki, bizimlə iranlılar arasında münasibətlərin qırılması daimidir. Biz elə bir mərhələyə çatacağıq ki, Suriyadakı vəziyyətə hörmətlə yanaşılsın, onun daxili işlərinə qarışılmasın, məzhəb təfriqəsi və digər fitnələr qızışdırılmasın",- deyə Colani əlavə edib.
15:34 13.09.2025
Oxunuş sayı: 1064