Rusiya "Boru" əməliyyatı keçirib

Rusiya hərbçiləri yeni "Boru" əməliyyatı həyata keçirib. Bu dəfə ruslar yeraltı qaz borusu ilə Kupyanska daxil olublar. Manevrlər, əvvəlki kimi Ukrayna Silahlı Qüvvələri üçün gözlənilməz oldu.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bəzi məlumatlara görə, yeraltı kəmərə giriş Pervı Limandan başlayıb. Ümumiyyətlə, Kupyanska səyahət 4 gün çəkə bilərdi. İki nöqtə, Pervı Liman və Kupyansk arasındakı məsafə düz xətt üzrə 82 kilometrdir. Ruslar başqa istiqamətdən boru kəməri keçərək qısa marşrutla Kupyanska daxil olublar.
Qeyd edək ki, buna qədər Rusiya hərbçiləri Avdiivka və Sudja bölgəsində oxşar hücum metodundan istifadə ediblər.
15:21 13.09.2025
Oxunuş sayı: 726