Kit Kelloq: Tramp Ukraynadakı müharibəni bitirməkdə qətiyyətlidir

ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq Kiyevdə səfərdə olduğunu bildirərək prezident Donald Trampın Ukraynadakı müharibəni bitirməkdə qətiyyətli olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Ukraynanın veteranlar naziri Nataliya Kalmykova və komandası ilə görüşdüyünü qeyd edib: “Onların ölkə üçün çox şey fəda etmiş insanlara dəstək göstərməsi məni ilhamlandırır. Prezident Tramp müharibəyə son qoymaq və Ukraynanın qəhrəmanları üçün işıqlı gələcək təmin etmək missiyasında qətiyyətlidir”.
Nicat Rüstəmzadə
12:36 13.09.2025
Oxunuş sayı: 719