Dünyanın ən böyük ekoloji fəlakətlərindən biri - Urmu gölü

Dünyanın ən böyük ekoloji fəlakətlərindən biri Urmu gölü tamamilə qurudu.
Crossmedia.az xəbər verir ki, son peyk görüntüləri Güney Azərbaycanın təbiət incisi olan Urmu gölünün tamamilə quruduğunu təsdiqləyib. Onilliklərdir davam edən iqlim dəyişikliyi, su ehtiyatlarının yanlış idarə olunması və genişmiqyaslı insan müdaxiləsi nəticəsində göl artıq ölü bir duz səhrasına çevrilib.
Xatırladaq ki, 1990-cı illərin ortalarından etibarən göldə suyun səviyyəsi sürətlə azalırdı. Bu azalma, xüsusilə son illərdə intensivləşən quraqlıq və kənd təsərrüfatı məqsədilə göl hövzəsində suyun həddindən artıq istismarı ilə daha da dərinləşib.
22:32 12.09.2025
Oxunuş sayı: 670