Polşa Rusiya ilə diplomatik əlaqələri kəsmək üçün əsas görmür

Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Varşava Rusiya ilə diplomatik münasibətləri dayandırmaq niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Onun sözlərinə görə, diplomatiyada əlaqə kanalları yalnız dostlarla deyil, həm də rəqiblər və qarşı tərəflərlə qorunur.Sikorski əlavə edib ki, Polşa mövcud beynəlxalq vəziyyətdə dialoq imkanlarını açıq saxlamağın vacibliyini vurğulayır.
Nigar Rəhimova
21:51 12.09.2025
Oxunuş sayı: 778