Ağ ev rəsmisi : Hər dəfə irəliləyiş olanda, İsrailin baş naziri haranısa bombalayır

Hər dəfə irəliləyiş olanda, Netanyahu haranısa bombalayır.
Crossmedia.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp və onun administrasiyası İsrailin Qətərdəki HƏMAS liderlərinə qarşı son hava zərbəsinə görə İsrail baş naziri Benyamin Netanyahudan dərin narazılıq ifadə ediblər.
Tramp və yüksək səviyyəli köməkçiləri bu hücumun Qətərdə aparılan girov azadlığı və atəşkəs danışıqlarını pozacağından ciddi narahat olduqlarını qeyd ediblər.
Ağ Ev rəsmilərindən biri bildirib: “Hər dəfə irəliləyiş əldə olunur, Netanyahu haranısa bombalayır. Prezident və komandası artıq bu davranışdan bezib”.
Rəsmilər İsrailin son hücumunun əsas hədəfləri vura bilmədiyini, lakin Dohadakı digər HƏMAS üzvlərinə zərər vurduğunu qeyd ediblər.
20:17 12.09.2025
Oxunuş sayı: 900