Fransa Prezidenti Makrona qarşı impiçment təşəbbüsü dəstəklənib

Fransada 104 deputat prezident Emmanuel Makrona qarşı parlamentə təqdim olunan impiçment layihəsini dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Nəfəs Almayan Fransa” partiyasının sədri Matilda Pano sosial şəbəkədə məlumat verib.
“Tarixi bir hadisə! 10 sentyabrda baş tutan xalq etirazlarının uğurundan sonra ‘Nəfəs Almayan Fransa’, ekoloqlar və kommunistlər partiyasından 104 deputat respublika prezidentinə qarşı impiçment təklifini imzaladılar. Makron istefa verməlidir”, — deyə siyasətçi bildirib.
Qeyd edək ki, 10 sentyabr tarixində Fransanın müxtəlif şəhərlərində “Hər şeyi bloklayaq” şüarı altında kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar hökumətin iqtisadi siyasətindən və büdcə kəsintilərindən narazılıqlarını bildirərək küçələri bağlayıb, zibil qablarını yandırıb və polis ilə qarşıdurmalara giriblər.
Nicat Rüstəmzadə
18:57 12.09.2025
Oxunuş sayı: 828