Ermənistan Rusiyanın təhdidlərinə cavab verib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Rusiya artıq Ermənistana “kiçik qardaş” kimi yanaşmır və iki ölkə arasında tərəfdaşlıq münasibətləri mövcuddur.
Crossmedia.az RTVI-yə istinadən xəbər verir ki, Xaçaturyan verdiyi müsahibədə deyib: “İndi Rusiya ilə tamamilə fərqli, tərəfdaş münasibətləri qurmuşuq. Rusiyanın Ermənistana münasibəti artıq böyük-kiçik qardaş prinsipi ilə deyil, sadəcə tərəfdaş münasibətlərdir. Son dörd ildə məqsədimiz də məhz bu olub”.
Prezident əlavə edib ki, Yerevanda ümid edirlər ki, rus tərəfdaşlar Ermənistan hakimiyyətinin müstəqil qərarlarına hörmət göstərəcək. O, həmçinin Rusiyanın baş nazir müavini Aleksey Overçukun Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməli olduğu barədə bəyanatını şərh edib.
Xaçaturyana görə, Ermənistanın iqtisadiyyatı müxtəlifləşib və tək seçimlə məhdudlaşmır.
Nicat Rüstəmzadə
17:38 12.09.2025
Oxunuş sayı: 939