“Verxniy Lars” sərhəd keçidi bağlandı

Gürcüstan-Rusiya sərhədindəki “Verxniy Lars” avtomobil-keçid məntəqəsində bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Bu barədə ölkənin Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat verib.
Crossmedia.az Gürcüstan mediasına istinadən bildirir ki, bağlanma səbəbi Mtsxeta–Stepantsminda–Lars magistral yolunun 109-cu kilometrində torpaq sürüşməsi olub.
Hazırda ərazidə təmizləmə işləri aparılır. Statistikaya görə, gündəlik təxminən 150 Ermənistan yük maşını “Verxniy Lars”dan keçir. Qeyd edək ki, Qafqaz Hərbi Yolu Ermənistan ilə Rusiya arasında yeganə fəaliyyət göstərən quru nəqliyyat marşrutudur.
13:22 10.09.2025
Oxunuş sayı: 737