Özbəkistan İsrailin hücumlarını qınadı

Özbəkistan İsrailin Qatarın paytaxtı Dohada yerləşən yaşayış məhəlləsinə hücumlarını «Qatarın suverenliyi və təhlükəsizliyinin pozulması» kimi qiymətləndirib.
Crossmedia.az bildirir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, belə hərəkətlər BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir.
Daşkənd davamlı olaraq zorakılığın tətbiqinə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirən addımlara qarşı çıxır.
13:21 10.09.2025
Oxunuş sayı: 771