Belarus kursdan çıxmış dronları vurub

Belarus Müdafiə Nazirliyi açıqlayıb ki, gecə vaxtı ölkənin hava hücumundan müdafiə qüvvələri (PVO) Rusiyanın və Ukraynanın elektron mübarizə sistemlərinin təsiri nəticəsində kursunu itirən bir hissə dronları vurub.
Crossmedia.az bildirir ki, nazirlik qeyd edib ki, Belarus hərbçiləri vəziyyəti Polşa və Litva ilə birgə izləyib və onlara dronların yaxınlaşması barədə xəbərdarlıq ediblər. Bunun sayəsində Polşa tərəfi öz qüvvələrini operativ olaraq qaldıra bilib.
Həmçinin, Müdafiə Nazirliyi vurğulayıb ki, Polşa tərəfi Belarusu Ukrayna tərəfindən gələn dronlar barədə məlumatlandırıb.
13:19 10.09.2025
Oxunuş sayı: 1181