BMT Təhlükəsizlik Şurası Dohadakı İsrail zərbəsini müzakirə edəcək

Əlcəzairin tələbi ilə BMT Təhlükəsizlik Şurası 10 sentyabrda Dohada HƏMAS liderlərinə qarşı İsrailin endirdiyi aviazərbəni təcili iclasda müzakirə edəcək. Zərbə nəticəsində HƏMAS-ın danışıqlar qrupunun üzvləri və onların müşayiətçiləri həlak olub.
Crossmedia.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurası 10 sentyabr, çərşənbə günü Qətərin paytaxtı Dohada HƏMAS-a qarşı İsrailin zərbəsini təcili müzakirə etmək üçün toplanacaq.
Sentyabrın 9-u, çərşənbə axşamı axşam saatlarında İsrailin Qətərin paytaxtı Dohada HƏMAS liderlərinə endirdiyi aviazərbədən sonra HƏMAS ilk rəsmi açıqlamasını yaydı:“İsrailin danışıqlar qrupunun üzvlərini zərərsizləşdirmək cəhdi uğursuz oldu”.
Açıqlamada zərbə nəticəsində həlak olan beş HƏMAS üzvünün adları açıqlanıb. Onlardan biri – İmam Xəlil əl-Hayya, Qəzza zolağında HƏMAS lideri və danışıqlar qrupunun rəhbəri olan Xəlil əl-Hayyanın oğludur. Daha biri – Xəlil əl-Hayyanın dəftərxanasının rəhbəri Cihad Luvadır. Eləcə də onların müşayiətçilərindən üçü – Abdullah Abd əl-Vahid, Muamman Xəsuna və Əhməd Abd əl-Malik öldürülüb.
Bənövşə Zahidli
12:45 10.09.2025
Oxunuş sayı: 919