Türkiyə kəşfiyyatı HƏMAS nümayəndə heyətini xəbərdar edib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdə olan Fələstin hərəkatı HƏMAS-ın nümayəndə heyətini İsrailin mümkün hücumu barədə əvvəlcədən xəbərdar edib. Bu xəbərdarlıq nəticəsində nümayəndə heyətinin əksər üzvləri xilas olub.
Crossmedia.az Türk mediasına istinadən bildirir ki, Türkiyə kəşfiyyatının xüsusi qrupu gün ərzində İsrail aviasiyasının hərəkətlərini izləyib. Əvvəlcə Tunisin yaxınlığında Qəzzaya yollanan humanitar donanmaya zərbələr endirilib, daha sonra Suriyada – Lataqiya və Tartusda, eləcə də Livanda hədəflər vurulub. Bundan sonra isə Qətərdəki HƏMAS nümayəndələri hədəf alınıb.
Türkiyə kəşfiyyatının xəbərdarlığından sonra Dohada Fələstin nümayəndələrinin təhlükəsizliyi gücləndirilib. Nəticədə yüksək vəzifəli şəxslərin çoxu xilas edilib. Bununla belə, HƏMAS nümayəndələrindən bir neçəsi, o cümlədən Həlil əl-Heyyanın ofisinin rəhbəri Cihad Labed və onun oğlu Hammam həlak olub.
11:42 10.09.2025
Oxunuş sayı: 944