Donald Task: NATO-nun baş katibini məlumatlandırdım

Polşanın Baş naziri Donald Task NATO Baş katibi Mark Rutteyə ötən gecə ölkənin hava məkanının pozulması barədə məlumat verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Task X-də paylaşım edib.
"Mən NATO-nun Baş katibini mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər haqqında məlumatlandırdım. Biz daimi əlaqə saxlayırıq", - Polşa Baş naziri yazıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.
Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.
Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.
10:09 10.09.2025
Oxunuş sayı: 1070