Qrossi: İranla razılığa gəldik

İranla təftiş fəaliyyətinin bərpası üçün razılıq əldə olunub.
Crossmedia.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib .
Qrossinin sözlərinə görə, bu razılıq bu gün Qahirədə İranın xarici işlər naziri Abbas Əraqçı ilə aparılan danışıqlar zamanı əldə edilib. "Bu gün Qahirədə biz İranın xarici işlər naziri Abbas Əraqçı ilə İranda təftiş fəaliyyətinin bərpası üçün praktiki mexanizm barədə razılığa gəldik. Bu, düzgün istiqamətdə atılmış mühüm addımdır”, - deyə, AEBA-nın baş direktoru vurğulayıb.
Qrossi həmçinin görüşün təşkilində roluna görə Misirin xarici işlər naziri Bədr Əbdülatiyə təşəkkür edib.
Xatırladaq ki, dünən İranın xarici işlər naziri və AEBA-nın baş direktoru arasında görüş keçirilib.
09:22 10.09.2025
Oxunuş sayı: 1097