Rusiya dronları Polşaya hücum edib - NATO-Rusiya savaşı başlayır

Rusiyanın Polşaya hücumu nəticəsində 4 aeroport qapadılıb, həmçinin Varşava hava məkanı da bağlanıb.
Crossmedia.az xəbər verir ki, Polşa ordusu hərəkətə keçərək, dronları vurub.
Baş nazir Donald Tusk faktı təsdiq edib və o Polşa ordusunun hərəkərləri barədə NATO-nu məlumatlandırıb.
Polşa ordusu Podlaskie, Mazowieckie və Lubelskie şəhərlərinin sakinlərini evdə qalmağa çağırıb.
Polşada Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına daxil olması ehtimalı səbəbindən Varşava, Jeşuv və Lyublin hava limanları bağlanıb.
Rəsmi NOTAM-ın aviatorlara bildirişində bildirilir ki, hava limanları “təhlükəsizliyin təmin edilməsi çərçivəsində planlaşdırılmamış hərbi fəaliyyətlə əlaqədar” bağlanıb.
Rusiya Polşaya ən azı 10 dronla hücum edib. Onlardan heç biri geri qayıda bilməyib.
BBC: Polşanın Rusiya dronlarını vurması Ukrayna müharibəsi başlayandan sonra ilk belə haldı və bu Polşanın müharibəyə qoşulması kimi qiymətləndirilə bilər.
08:58 10.09.2025
Oxunuş sayı: 1377