Fatih Erbakan : Türk dövləti bütün ssenarilərə hazır olmalıdır

Türk dövləti bütün ssenarilərə hazır olmalıdır.
Crossmedia.az xəbər verir ki, bu fikri Türkiyə Yüksək Rifah Partiyasının sədri Fatih Erbakan söyləyib.
Bu gün sionist rejimi artıq Türkiyəni vurmaqdan danışır. Amma iqtidardan heç bir mesaj yoxdur. Türkiyəni vurmaqla təhdid etmək Türkiyə suverenliyinə hücumdur. Türk dövləti bütün ssenarilərə hazır olmalıdır.
Çünki İsrail dayandırılmasa bölgədə qan axmağa davam edəcək. İsrail Türkiyəni vurmağı ağlının ucundan belə keçirməməlidir. Əgər keçirirsə deməli Türkiyə hakimiyyəti çox ciddi səhvlərə yol verib. Türkiyə olaraq sionist rejimə ən ağır dərs verilməlidir - deyə partiya sədri qeyd edib.
23:30 09.09.2025
Oxunuş sayı: 1196