Nepalda etirazçılar prezident iqamətgahın yandırıblar
Etirazçılar Nepalda ölkə prezidenti Ram Çandra Paudel-in iqamətgahına daxil olaraq onu yandırıblar.
Crossmedia.az xəbər verir ki, NDTV telekanalı sosial şəbəkələrdə yayımlanan və etirazçıların prezident iqamətgahını dağıtdıqları görüntüləri nümayiş etdirib.
Əvvəlki məlumatlara görə, etirazçılar Nepalın paytaxtı Katmanduda bir neçə siyasətçinin, o cümlədən Nepal Kommunist Partiyası (maoist mərkəz) lideri Puşpa Kamal Dahalın, rabitə və informasiya texnologiyaları naziri Prithvi Subba Gurungun, həmçinin etirazlardan sonra istefa vermiş daxili işlər naziri Ramesh Lekhakın iqamətgahlarını da yandırıblar.
14:01 09.09.2025
Oxunuş sayı: 5039