Fransa etiraz aksiyaları səbəbindən uçuşları təxirə salacaq
Fransa hakimiyyət orqanları etiraz aksiyaları səbəbindən aviasiya əlaqəsində fasilələrin olacağını proqnozlaşdırır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya Baş İdarəsi (DGAC) bir sıra Fransa hava limanlarında bu hallar müşahidə olunacağını xəbərdar edib.
"Etiraz aksiyaları ilə əlaqədar olaraq Marsel-Provence, Nitsa, Bastia, Figari və Kalvi hava limanlarına uçuşların və enişlərin yerinə yetirilməsində fasilələr gözlənilir", — DGAC-in X sosial şəbəkəsindəki səhifəsində deyilir.
Əvvəlcədən əldə olunmuş məlumatlara əsasən, reyslərin gecikməsi və ləğvi çərşənbə axşamından (sentyabrın 10-u) etibarən başlaya bilər.
Fransız mətbuatı internetdə yayılan "ölkədə sentyabrın 10-dan etibarən müddətsiz total boykot" çağırışlarını müzakirə edir. Bu çağırışların müəllifləri hazırkı baş nazir Fransua Bayru hökumətinin fəaliyyətindən narazıdırlar. Fransada Bayruya və Fransa prezidenti Emmanuel Makrona qarşı etiraz aksiyaları keçirilir.
13:54 09.09.2025
Oxunuş sayı: 6001