Ermənistan XİN: ABŞ tərəfi ilə “Tramp yolu”nun həyata keçirilməsi istiqamətində danışıqlar nəzərdə tutulur
ABŞ tərəfi ilə yaxın vaxtlarda müzakirələr, o cümlədən “Tramp yolu”nun həyata keçirilməsi istiqamətində danışıqlar nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Ermənistan bürosuna Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Nazirlik sözçüsünün sözlərinə görə, ABŞ tərəfdaşlarının İrəvana səfəri, müzakirələr barədə əlavə olaraq məlumat veriləcək.
13:09 09.09.2025
Oxunuş sayı: 6097