İsrail Suriyaya hava zərbələri endirib
İsrail Hərbi Hava Qüvvələri Suriyanın Homs, Latakiya və Palmira şəhərlərinin ətrafına hava zərbələri endirib.
Crossmedia.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi zərbələri “beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinin kobud şəkildə pozulması” adlandırıb və beynəlxalq ictimaiyyəti “dəfələrlə edilən bu hücumlara son qoymağa” çağırıb.
İsrail hərbçiləri hələ ki, hava hücumu faktını və ya onların hədəflərini təsdiqləməyib.
13:07 09.09.2025
Oxunuş sayı: 5041