Ukrayna Putini Soçiyə gəlməyə peşman etdi
Ukrayna PUA-larla gecə saatlarında Rusiyanın Soçi şəhərinə hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.
Qeyd edək ki, hücum nəticəsində vurulan dronun qalıqları bir avtomobilin üzərinə düşüb, sürücü həlak olub. Bir neçə evə də ziyan dəyib. Gecə ərzində şəhərdə üç dəfə həyəcan siqnalı çalınıb, hava limanı isə yarım saatdan çox bağlı qalıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücum zamanı iki dron Krasnodar diyarı üzərində, 15-i Qara dəniz üzərində, ondan çoxu isə digər bölgələrdə məhv edilib.
Ehtimal olunur ki, hücum anında Vladimir Putin Soçidə olub. O, bir gün əvvəl şəhərdən BRİKS-in fövqəladə toplantısına qatılıb və prezidentin istifadə etdiyi İl-96 təyyarəsi hələ də hava limanında dayanır.
Qeyd edək ki, Soçidə Putinin “Boçarov ruçey” adlı iqamətgahı yerləşir. Prezident son vaxtlar dron hücumları səbəbindən bu iqamətgaha daha az gedir.
Xumar Emilqızı
12:54 09.09.2025
Oxunuş sayı: 5014