İran, Ermənistan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirilib
İran, Ermənistan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu Tehranda baş tutub.
Crossmedia.az xəbər verir ki, görüşdə tərəflər nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bu çərçivədə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC), Ermənistanın “Sülhün kəsişməsi” layihəsi və İranın Çabahar limanının strateji imkanlarından istifadə məsələləri müzakirə olunub.
12:32 09.09.2025
Oxunuş sayı: 4600