Zərif xəbərdarlıq etdi: Əgər tədbir görməsək...
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropanın Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) sazişindəki “snapback” (tətik) mexanizminə münasibət bildirərkən ciddi xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, əgər bu mexanizmin işə salınmasının qarşısı alınmasa, nüvə razılaşması iki həftə ərzində tamamilə sona çatacaq.
Zərifin sözlərinə görə, “snapback” mexanizmi Avropanın İrana qarşı yeganə güclü vasitəsi kimi görünür və bu mexanizmin işə salınmasından sonra 180 günlük uzatma müddəti vardır. Bu müddət İranla ABŞ arasında birbaşa və hərtərəfli danışıqlar üçün vacib fürsət kimi qiymətləndirilir.
Keçmiş nazir vurğulayıb ki, bəzi tərəflər “snapback” mexanizminin iqtisadi təsirinin olmadığını iddia etsələr də, əslində Avropa və BMT tərəfindən sanksiyaların bərpası insanların gündəlik həyatına ciddi mənfi təsir göstərəcək.
12:29 09.09.2025
Oxunuş sayı: 5219