Fransada Baş Nazir Fransua Bayru hökumətinə etimadsızlıq votumu qəbul edildi

Fransanın Milli Məclisi ölkənin baş naziri Fransua Bayruya etimadsızlıq göstərib. Səsvermədə 194 deputat etimad bildirərkən, 364 nəfər onun əleyhinə səs verib. Bu qərar büdcədə sərt qənaət tədbirlərinə dair mübahisələr fonunda qəbul olunub.
Crossmedia.az bildirir ki, siyasi böhranın dərinləşməsi fonunda hökumət əleyhinə etiraz və aksiyalara çağırışlar artır. Həmkarlar ittifaqları sentyabrın 10-da tətilə çıxmağa çağırıb, əsas birliklərin çoxu isə 18 sentyabrda ümumi tətil planlaşdırır.
Xatırladaq ki, Fransua Bayru 2024-cü ilin dekabrında baş nazir təyin olunmuşdu və təxminən 9 ay bu vəzifədə çalışıb.
23:55 08.09.2025
Oxunuş sayı: 832