İsrail ordusu Qəzzaya genişmiqyaslı hücum edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, yaxın vaxtlarda İsrail ordusu Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma başlayacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, şəhərdə yaşayan sakinlərə dərhal ərazini tərk etməyi tövsiyə edib.
Netanyahunun sözlərinə görə, bu qərar təhlükəsizlik məsələləri ilə bağlı qəbul olunub. Hücumun məqsədi bölgədə hərbi əməliyyatların miqyasını genişləndirməkdir.
Mehriban Yariyeva
23:04 08.09.2025
Oxunuş sayı: 934