Pekin Universiteti professoru: Rusiya Ukraynada qalib gəlsə, bu, Çin üçün daha problemli olacaq”

Pekin Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Şi Yinhonq bildirib ki, Ukrayna müharibəsinin nəticələri Çin üçün həm Rusiyanın məğlubiyyəti, həm də qələbəsi baxımından risklidir.
Crossmedia.az-ın məlumatına görə, o bildirib ki, əgər Rusiya Ukraynada qalib gələrsə, bu, Pekin üçün müharibə şəraitindən daha böyük problem yarada bilər.
“Rusiya iqtisadi baxımdan Çindən daha az asılı olacaq. Əgər Respublikaçılar Partiyası Donald Trampdan sonra da Ağ Evdə qalarsa, Moskvanın Vaşinqtona yaxınlaşmaq imkanı daha çox olacaq. Bu isə Çin üçün ciddi narahatlıq yarada bilər”, – professor qeyd edib.
Şi Yinhonqun fikrincə, Çin üçün Rusiya ilə bağlı istənilən nəticə – istər məğlubiyyət, istərsə də qələbə – strateji təhdid ehtiva edir.
19:31 08.09.2025
Oxunuş sayı: 844