Yerusəlimdə terror aktına İsrailin cavabı: HƏMAS məsuliyyəti üzərinə götürdü, “Hizbullah” hədəfləri vuruldu

Yerusəlimdə terror hadisəsi baş verib. İki silahlı şəxs sərnişin avtobusuna atəş açıb. Son məlumata görə, 5 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Terrorçular hadisə yerində zərərsizləşdirilib. Hücuma görə məsuliyyəti HƏMAS öz üzərinə götürüb.
Crossmedia.az bildirir ki, hücumdan sonra İsrail ordusu Livanın şərqində, Beka vadisində “Hizbullah”a məxsus hədəflərə aviazərbələr endirib. Ordu rəsmilərinin məlumatına görə, zərbələr nəticəsində döyüşçülərin hazırlıq düşərgələri və silah anbarları məhv edilib.
Livan mənbələrinin açıqlamasına görə, hücumlar həmçinin İsrail sərhədindən təxminən 100 km məsafədə yerləşən Əl-Herməl bölgəsinə də yönəlib.
Mehriban
18:40 08.09.2025
Oxunuş sayı: 844