Fransada etirazlar başlaya bilər: Hökumətin istefaya getməsi qaçılmazdır -AÇIQLAMA

Fransa sakinlərinin əksəriyyəti sentyabrın 10-da aksiyalara və blokadalara çağıran etiraz hərəkatını dəstəklədiyini bildirib. Sentyabrın 3-dən 4-ə qədər sorğuda iştirak edən 1000 fransız arasında yalnız 46%-i etirazları və ümumilikdə internet hərəkatını dəstəklədiyini, 26%-i isə əleyhinə olduğunu bildirib. Bu isə özülüyündə Fransada Makron hakimiyyətinə qarşı fikirlərin yaranmasına gətirib çıxardır.
Ehtimal edilir ki yaxın günlərdə artıq kütləvi tətillər başlayacaq və insanlar öz etirazlarını bildirəcəklər. Bu aksiyalarda keçmiş "sarı jiletlililər" hərəkatının üzvləri olmuş şəxslərində iştirakı istisna olunmur.
Maraqlıdır Fransada baş verən son hadisələr Makron və onun admisntrasiyasının süqutunu sürətləndirə bilərmi?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli hazırda Emmanuel Makronun reytinqinin tarixi minimum səviyyəyə endiyini qeyd edib: "Makron hakimiyyəti dövründə Fransa sürətlə zəifləmə və tənəzzül meyilləri ilə üz-üzə qalıb. Xüsusilə Afrika qitəsindəki təsir imkanlarının itirilməsi bu prosesin ən bariz göstəricilərindəndir. Bir sıra keçmiş müstəmləkə ölkələri artıq Fransanı öz ərazilərindən çıxarmağa nail olub ki, bu da Fransa iqtisadiyyatı üçün dağıdıcı nəticələr doğurur. Çünki uzun illər ərzində Fransa həmin ölkələrin təbii sərvətlərini – xüsusilə uranı – dəyərindən qat-qat aşağı qiymətə mənimsəyərək öz enerji təhlükəsizliyi və sənayesinin inkişafına yönəldirdi.
Hazırda ucuz uran mənbələrinin itirilməsi Fransada enerji böhranının dərinləşməsinə, dolayısı ilə isə iqtisadiyyatın zəifləməsinə səbəb olub. Bu vəziyyət Makron hakimiyyətinin nüfuzuna ağır zərbə vurur. Son rəsmi məlumatlara əsasən, Prezident Emmanuel Makronun reytinqi tarixi minimum səviyyəyə enib. Daha mühüm məqamlardan biri isə budur ki, Fransa tarixində ilk dəfə olaraq dövlət başçısına qarşı impiçment prosedurunun başlanılması barədə parlament qərar qəbul edib".
Politoloq həmçinin Makron və onun admistrasiyasının 2028-ci ilə qədər davam gətirə bilmədiyi təqdirdə istefaya gedəcəyini istisna etməyib.
"Əgər sosial-iqtisadi çətinliklər və ictimai narazılıqlar dərinləşməkdə davam edərsə, ölkədə yeni etiraz dalğalarının və ixtişaşların baş qaldıracağı istisna olunmur. Xatırlatmaq kifayətdir ki, vaxtilə “Sarı jiletlilər” hərəkatı Makron hökuməti üçün ciddi təhlükə yaratmışdı. Bu gün isə oxşar proseslərin daha genişmiqyaslı böhrana çevrilməsi mümkündür. Belə şəraitdə Makron hakimiyyətinin növbəti prezident seçkilərinə qədər, yəni 2028-ci ilə qədər davam gətirə bilməməsi, hətta vaxtından əvvəl istefa verməsi və ya hakimiyyəti təhvil verməyə məcbur qalması ehtimal edilir" - deyə politoloq qeyd edib.
Elmir Heydərli
13:30 08.09.2025
Oxunuş sayı: 940